


Baş nazir Əli Əsədov TDT-yə üzv ölkələrin mərkəzi bankları Şurasının iclasının iştirakçıları ilə görüşüb
Bakı, 4 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 4-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin mərkəzi bankları Şurasının iclasının iştirakçıları ilə görüşüb.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Şuranın iclasının əhəmiyyəti vurğulanıb, tədbirin TDT-yə üzv ölkələrin maliyyə sektorları arasında əməkdaşlığın gücləndirilməsinə, bu prosesdə mərkəzi bankların rolunun artırılmasına töhfə verəcəyinə əminlik ifadə olunub.
TDT-yə üzv dövlətlər arasında qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Cari ildə Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində iqtisadi, ticarət, investisiya, nəqliyyat, enerji, maliyyə, humanitar və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsinə xüsusi diqqət yetirildiyi vurğulanıb.
Azərbaycanda maliyyə-bank sektorunun modernləşdirilməsi məqsədilə həyata keçirilən ardıcıl islahatlar, maliyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması və bank sisteminin sabitliyinin gücləndirilməsi sahəsində əldə olunan nəticələr barədə söhbət açılıb.
Görüşdə, həmçinin TDT çərçivəsində maliyyə-bank sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO
Azərbaycan regional sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biridir ŞƏRH
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub