×
A
A
A
Sazlamalar

Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində işləyənlərin çoxu keçmiş məcburi köçkünlərdir

Xankəndi, 4 iyun, AZƏRTAC

Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ iqtisadi rayonuna təşkil etdiyi mediatur çərçivəsində jurnalistlər Xankəndi şəhərində Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binası ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beşmərtəbəli inzibati bina 2025-ci ildə əsaslı təmir olunub. Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Müşviq Adıgözəlov media nümayəndələrinə məlumat verib ki, idarədə hazırda 256 nəfər çalışır. İşçilərin çoxu keçmiş məcburi köçkünlərdir. Xankəndi işğaldan azad olunduqdan sonra burada dünyaya gələn ilk körpə də Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin istehsalat şöbəsinin mütəxəssisinin övladıdır.

Müxbir – Tahir Ağaməmmədov

Regionlar 2026-06-04 12:45:00