


Rasim Əliquliyev: Kibertəhlükəsizlik sahəsində akademik potensialın rolu artır
Bakı, 4 iyun, AZƏRTAC
Kibertəhlükəsizlik sahəsində qarşıya qoyulan hədəflərə nail olmaq üçün təkcə inzibati və maliyyə resursları kifayət deyil, bu prosesdə akademik potensialın və elmi tədqiqatların rolu xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı deyib.
Rasim Əliquliyev bildirib ki, rəqəmsal transformasiya və kibertəhlükəsizlik sahəsində həyata keçirilən dövlət siyasəti elmi müəssisələr, ali təhsil ocaqları və dövlət qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsini zəruri edir.
R.Əliquliyevin sözlərinə görə, müasir dövrdə kibertəhlükəsizlik problemlərinin həlli multidissiplinar yanaşma tələb edir: “Bu səbəbdən elmi tədqiqatların nəticələrinin praktikaya tətbiqi, innovativ həllərin hazırlanması və yüksəkixtisaslı kadrların yetişdirilməsi əsas prioritetlərdən biridir. Ölkədə kibertəhlükəsizlik sahəsində dayanıqlı inkişafın təmin olunması üçün akademik mühitin imkanlarından daha səmərəli istifadə edilməlidir”.
Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir
Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib
Azərbaycan nefti 99 dollara satılır
Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır
Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY