


“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 4 dəfədən çox artıb
Bakı, 4 iyun, AZƏRTAC
2026-cı ilin yanvar-aprel aylarında “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC 37,3 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,2 milyon dollar və ya 4,1 dəfə çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın may sayında bildirilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin ixrac gəlirləri 9,2 milyon dollar olub.
Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir
Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib
Azərbaycan nefti 99 dollara satılır
Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır
Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY