


AMEA: Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb
Bakı, 4 iyun, AZƏRTAC
Azərbaycan son illərdə kibertəhlükəsizlik sahəsində əldə etdiyi nailiyyətlər nəticəsində beynəlxalq reytinqlərdə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı deyib.
Rasim Əliquliyev bildirib ki, beynəlxalq kibertəhlükəsizlik indekslərinin nəticələrinə əsasən, Azərbaycan son üç il ərzində ciddi irəliləyiş nümayiş etdirib və qlobal reytinqlərdə ön sıralara yüksəlib.
R.Əliquliyev bu nailiyyətləri ölkədə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, müasir normativ-hüquqi bazanın formalaşdırılması, müvafiq qurumların fəaliyyətinin gücləndirilməsi və insan kapitalına yatırılan investisiyalarla əlaqələndirib.
AMEA-nın vitse-prezident qeyd edib ki, beynəlxalq göstəricilərdə əldə olunan uğurlar Azərbaycanın kibertəhlükəsizlik sahəsində regional liderlik mövqeyinin möhkəmlənməsinə xidmət edir və gələcək inkişaf üçün əlavə imkanlar yaradır.
Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir
Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib
Azərbaycan nefti 99 dollara satılır
Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır
Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY