


Kamçatka sahillərində 30-a yaxın zəlzələ qeydə alınıb
Bakı, 4 iyun, AZƏRTAC
Kamçatka sahillərində gecə saatlarında 30-a yaxın zəlzələ baş verib.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Məlumata görə, Kamçatka sahillərində 6,0 bal gücündə hiss olunan zəlzələdən sonra 30-dan çox seysmik hadisə baş verib.
Agentlik bildirib ki, "Sakit Okeanda dəniz dibinin 41 kilometr dərinliyində 6,0 bal gücündə zəlzələ qeydə alınıb. Bir neçə saat ərzində ərazidə təxminən 30 zəlzələ baş verib".
Yaşayış məntəqələrinin sakinləri yalnız bir təkan hiss ediblər və o 3 bal gücündə olub. Sunami təhlükəsi elan edilməyib.
İsrail və Livan ABŞ-ın vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəliblər
Əl-Hədəs: İran-ABŞ razılaşması dörd mərhələdə həyata keçiriləcək
Tramp kömür enerjisinin inkişafı üçün 700 milyon dollar ayırmaq istəyir
Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb
“Çanmi” fırtınası Tokioda güclü yağışlara və torpaq sürüşmələrinə səbəb olub