


Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib
Bakı, 3 iyun, AZƏRTAC
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda yarımfinalda Serbiya seçməsi ilə qarşılaşıb.
"Tipos Arena"da oynanılan görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq (3:1) oynayan Azərbaycan millisi adını finala yazdırıb.
Qeyd edək ki, iyunun 4-də keçiriləcək final matçında rəqib Ukrayna yığması olacaq.
Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib
Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində
Dünya Kuboku: Azərbaycan millisi növbəti qələbəsini qazanıb
“Araz-Naxçıvan” 41 yaşlı kapitanı ilə müqaviləni yeniləyib
Bilyard üzrə Avropa Kuboku və Avropa çempionatında 10-dan çox ölkənin təmsilçisi çıxış edəcək