


Qəbələdə narkomaniyaya qarşı növbəti maarifləndirmə tədbiri təşkil olunub
Bakı, 3 iyun, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Gənclərin Antinarkomaniya” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qəbələ rayonunda narkomanlığın fəsadlarına dair maarifləndirmə tədbiri təşkil olunub.
Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, “Gənclərin Antinarkomaniya” İctimai Birliyinin sədri, Oğuz və Qəbələ rayonları üzrə təhsil sektorunun nümayəndələri çıxış edərək, narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin fiziki və psixi sağlamlığa mənfi təsiri, narkotik asılılığın formalaşma mərhələləri, erkən profilaktikanın əhəmiyyəti, habelə narkomaniyaya qarşı mübarizədə dövlət siyasətinin əsas istiqamətləri və gənclərin bu sahədə məsuliyyəti barədə iştirakçılara ətraflı məlumat veriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
“Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, həmçinin “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Yeniyetmələr və gənclər üçün”, “Marixuana haqqında həqiqət”, "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı maarifləndirici materiallar şagirdlərə təqdim olunub.
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur
Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir
“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS