


Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.
Hər iki ölkənin hərbi qanunvericiliyinin beynəlxalq hüquq və prinsipləri çərçivəsində uyğunlaşdırılması, eləcə də bir sıra digər məsələlər müzakirə olunub.
Hərbi təhlükəsizlik sahəsində Azərbaycan və Qırğızıstan nümayəndələrinin görüşü olub
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub