


Azərbaycanla Almaniya arasında təbii qaz və bərpaolunan enerji sahələrində əməkdaşlıq perspektivləri dəyərləndirilib
Bakı, 3 iyun, AZƏRTAC
“Bakı Enerji Həftəsi” çərçivəsində energetika naziri Pərviz Şahbazov Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms və Almaniyanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüş keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla Almaniya arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Təbii qaz, bərpaolunan enerji, enerji səmərəliliyi, hidrogen, istilik nasosları, enerji saxlama sistemləri və elektrik enerjisi infrastrukturu sahələrində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Azərbaycanın Almaniyaya qaz tədarükünə başlaması, Avropanın enerji təhlükəsizliyində artan rolu, eləcə də enerji keçidi kursu yüksək qiymətləndirilib. Azərbaycanda həyata keçirilən bərpaolunan enerji layihələri, elektrik enerjisi interkonnektorları, yaşıl enerji dəhlizləri və Avropaya elektrik enerjisi ixracı imkanları barədə məlumat verilib. Regional bağlantılar və hidrogenlə bağlı planlar fonunda alman şirkətləri ilə müxtəlif istiqamətli əməkdaşlıqlara dair fikir mübadiləsi aparılıb.
Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir
Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib
Azərbaycan nefti 99 dollara satılır
Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır
Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY