


Vaqif Şadlinski: Zəngəzur dəhlizinin açılması labüd prosesdir
Bakı, 3 iyun, AZƏRTAC
Zəngəzur dəhlizinin açılması regional əlaqələrin möhkəmləndirilməsinə və strateji layihələrin həyata keçirilməsinə töhfə verəcək labüd prosesdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini Vaqif Şadlinski Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfransda deyib.
Onun sözlərinə görə, Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıtması prosesi siyasi dialoq və beynəlxalq hüquq əsasında dinc yolla həyata keçirilməlidir.
Şadlinski dövlətin siyasətinin milli məqsədlərə çatmaq və azərbaycanlıların tarixi torpaqlarına qayıtmaq imkanına ictimai inamı gücləndirmək üçün şərait yaratdığını vurğulayıb.
“Prezident bu yaxınlarda Zəngəzur dəhlizinin mütləq açılacağını da bildirib. O, verdiyi vədləri yerinə yetirən liderlərdən biridir”, - deyə Ağsaqqallar Şurasının sədr müavini bildirib.
V. Şadlinski qeyd edib ki, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması və tarixi yaşayış məntəqələrinin bərpası ictimai və hökumət gündəliyinin vacib sahələri olaraq qalır. O, əlavə edib ki, Azərbaycan xalqı həmişə yaradıcı yanaşması ilə seçilib və dağıtmaq yox, yenidən qurmaq niyyətindədir.
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb