×
A
A
A
Sazlamalar

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 iyun 2026-cı il

Sərəncamlar 2026-06-01 14:52:00