


Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində
Bakı, 26 may, AZƏRTAC
ABŞ ilə Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, işıqlandırma mərasimi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Kanadada yaşayan soydaşlarımız Azərbaycan bayraqlarını dalğalandıraraq mərasimi böyük sevinc və coşqu ilə izləyiblər. Milli rəqsimizin sədaları altında rəqs edib, bayram sevinclərini şəlalənin füsunkar görüntüsünün fonunda foto çəkdirən ziyarətçilərlə bölüşüblər.
Hadisə ərazidə olan yerli sakinlərin və turistlərin diqqətini cəlb edib. Aksiya ilə maraqlananlara Azərbaycanın Müstəqillik Günü haqqında məlumat verilib.
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
Qazaxıstanın Kostanay şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa