×
A
A
A
Sazlamalar

S.X.Rüstəmxanlının “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Sabir Xudu oğlu Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 19 may 2026-cı il

Sərəncamlar 2026-05-19 15:55:00