


“EFES-2026” təlimində gəminin ələ keçirilməsi tapşırığı uğurla icra edilib VİDEO
Bakı, 18 may, AZƏRTAC
Türkiyədə keçirilən “EFES-2026” çoxmillətli birgə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat planına uyğun olaraq, iştirakçı ölkələrin hava-desant bölmələri şərti düşmən gəmisinin ələ keçirilməsi tapşırığını icra ediblər.
Hücum helikopterləri ilə hədəfə yaxınlaşan qruplar qısa müddət ərzində gəminin göyərtəsinə eniş həyata keçiriblər.
Yüksək peşəkarlıq və koordinasiya ilə icra edilən əməliyyat nəticəsində gəmi tam nəzarətə götürülüb, ekipaj üzvləri zərərsizləşdirilib və təhlükəsizlik tədbirləri təmin edilib.
Hərbi təhlükəsizlik sahəsində Azərbaycan və Qırğızıstan nümayəndələrinin görüşü olub
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub