


“EFES-2026” təlimində gəminin ələ keçirilməsi əməliyyatı icra olunub VİDEO
Ankara, 17 may, AZƏRTAC
Türkiyə Milli Müdafiə Nazirliyi mayın 17-də “EFES-2026” çoxmillətli təlimi çərçivəsində düşmən gəmisinin ələ keçirilməsi əməliyyatının videomaterialını paylaşıb.
AZƏRTAC xəbər verir ki, təlim ssenarisi Türkiyə, Azərbaycan, Liviya və Macarıstandan olan şəxsi heyətdən ibarət dəniz xüsusi təyinatlı qüvvələrinin simulyasiya edilmiş düşmənə yardım aparan gəmiyə eniş etməsini əhatə edirdi.
Təlim düşmən gəmisinin aşkarlanması, dayandırılması, yoxlanılması və ələ keçirilməsi məşqlərini əhatə edirdi.
“EFES-2026” təliminin əsas məqsədi genişmiqyaslı əməliyyatlar zamanı iştirakçı ölkələrin bölmələri arasında koordinasiyanı gücləndirmək, döyüş hazırlığını artırmaq və hərbi personalın praktik bacarıqlarını təkmilləşdirməkdir.
Hərbi təhlükəsizlik sahəsində Azərbaycan və Qırğızıstan nümayəndələrinin görüşü olub
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub