×
A
A
A
Sazlamalar

Azərbaycanın müdafiə nazirinin Slovakiyaya səfəri davam edir

Bakı, 13 may, AZƏRTAC

Slovakiyada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov IDEB (International Defence Exhibition Bratislava) Beynəlxalq müdafiə və təhlükəsizlik konfransında və sərgisində iştirak edib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, sərgidə təqdim olunan müdafiə sənayesi məhsulları ilə tanışlıqdan sonra “Robot tərəfindən təkmilləşdirilmiş partlayıcı qurğunun zərərsizləşdirilməsi” və "Patron FPV” PUA-sı vasitəsilə təkərli və tırtıllı texnikaya hücumun nümayişləri izlənilib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Çex Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Yaromir Zuna ilə görüşüb.
Görüş zamanı tərəflər iki ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

 

Ordu 2026-05-13 10:48:00