×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20 illiyi münasibətilə qərara alıram:

Azərbaycanda şəhərsalma və memarlıq sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə

Hümmətov Namiq Məhəmməd oğlu
İsbatov İlqar Aydın oğlu

3-cü dərəcəli “Əmək” ordeni ilə

Qarayev Abdı Nazim oğlu
Nuriyev Eldar Srac oğlu

“Tərəqqi” medalı ilə

Aslanov Nadir Bahadır oğlu
Babayev Zahid Sabir oğlu
Kazımlı Elçin Çingiz oğlu
Qasımov Read Azər oğlu
Məmmədrzayev Cahangir Cavanşir oğlu
Rzayev Rövşən Ağarza oğlu
Umudov Elçin Azər oğlu
Yusifov Nizami Rasim oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Əliyeva Gülbəniz Baba qızı
Əzizov Elşən Ələsgər oğlu
Mehtiyev Natiq Rəşid oğlu.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 mart 2026-cı il

Sərəncamlar 2026-03-04 15:34:00