


Gözoxşayan təbiət mənzərələri - Qəçrəş meşəsi FOTO VİDEO
Quba, 26 iyun, Elxan Yusifli, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Qubanın məşhur Qəçrəş meşəsi.
Turistlər həm yay aylarında, həm də qışda Qəçrəş meşəsinin mənzərəsini seyr etməkdən zövq alırlar. Qəçrəş kəndi Qubanın rayon mərkəzindən təxminən 10 kilometr məsafədə yerləşir. Bu kəndin girişindəki meşə zolağı ölkəmizdə məşhurdur.
İstirahət üçün Qəçrəş meşələrinə üz tutan turistlər əsrarəngiz təbiət mənzərələrini seyr etməklə yanaşı, buradakı otel və restoranların xidmətlərindən də istifadə edirlər. Yerli sakinlər tərəfindən turistlərə atla gəzinti və dadlı göy qutabı da təklif olunur.
Quba-Xınalıq turizm marşrutu üzərində ən çox istirahət mərkəzləri məhz Qəçrəş kəndi ərazisindədir. Rayon iqtisadiyyatının inkişafında bu mərkəzlərin böyük rolu var. Qəçrəş və ətraf ərazilərdə dincəlmək üçün münasib qiymətə turizm obyekti tapmaq mümkündür.
Salyanda ölümlə nəticələnən yol qəzası olub
Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub VİDEO
Naxçıvanda avqust ayı üzrə bütün növ sosial müavinətlər ödənilib
Gəncədə əmək yarmarkası: 27 müəssisə, 168 vakansiya
Xocavəndə qayıdan ailələr doğma yurdda yeni həyata başlayırlar