Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub
Biləsuvar, 9 may, AZƏRTAC
Biləsuvar rayonunda tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslərə qarşı profilaktik tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayon ərazisində yerləşən kafe, restoran və digər iaşə obyektlərində keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətrafa atan 19 nəfər barəsində inzibati protokol tərtib olunub.
Bundan əlavə, Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları ilə bağlı 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə qanunamüvafiq tədbir görülüb.
Ağsu dolaylarındakı sürüşmə zonasına ağır texnika və canlı qüvvə cəlb olunub
Naxçıvanda dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxilolmalar 12,1 dəfə artıb
Nazir Məcnun Məmmədov Yevlaxda vətəndaşları qəbul edəcək
MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Təhsil fakültəsini ziyarət edib
Göyçayda avtomobil motosikletlə toqquşub, xəsarət alan var VİDEO