Naxçıvanda dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxilolmalar 12,1 dəfə artıb
Naxçıvan, 20 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cari ilin 4 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi sahəsində işləri davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, dövlət xidməti tərəfindən bu ilin yanvar-aprel ayları ərzində 68 dövlət əmlakı özəlləşdirilib.
2024-cü ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinə daxilolmalar 683,0 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 dəfə çoxdur.
Sabirabadda yol qəzası baş verib, xəsarət alan var
Polşalı musiqiçilər “Qış nağılı” festivalında
Xıdır Nəbi bayramının özünəməxsus şəkildə qeyd olunduğu kənddən REPORTAJ VİDEO