×
A
A
A
Sazlamalar

Gəncə şəhərində oftalmologiya sahəsində XIII Regional konfrans keçiriləcək

Gəncə, 8 may, AZƏRTAC
Mayın 10-da Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Gəncə şəhərində XIII Regional konfrans keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır.
Konfransda “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin dünəni və bu günü”, “Göz travmaları zamanı korluqla mübarizə”, “Gəncə şəhərində çəpgözlük diaqnozu ilə aparılan müayinə və müşahidələrin nəticələri”, “Mərkəzi serroz xorioretinopatiya”, “Anti-VEGF terapiyası və yaşa bağlı makula degenerasiyasının müalicəsində olan uğursuzluqların səbəbləri”, “AOC Gənc Oftalmoloqlar Komitəsi. Amal, məqsəd və məramlar”, “Göyçay rayonu üzrə konyunktivitin rast gəlmə tezliyi və diferensial diaqnostikası”, “Katarakta əməliyyatından sonra quru göz sindromu” kimi mövzularda məruzələr dinləniləcək.

Regionlar 2024-05-08 15:27:00