×
A
A
A
Sazlamalar

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək VİDEO

Bakı, 8 may, AZƏRTAC

Azərbaycanın sərmayəsi sayəsində Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi bir neçə gün bundan əvvəl tam başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 8-də Bolqarıstan Prezidenti Rumen Radev ilə mətbuata bəyanatında deyib.
Bu dəmir yolunun ötürmə qabiliyyətinin bir neçə dəfə artırıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş bu layihə bu gün imkanları genişləndirilmiş şəkildə Orta Dəhlizin önəmli seqmenti kimi mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti üzrə və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək”.

Siyasət 2024-05-08 13:34:00

Video