×
A
A
A
Sazlamalar

Donald Trampla bağlı məhkəmə prosesi təxirə salınıb

Bakı, 8 may, AZƏRTAC

ABŞ-nin sabiq prezidenti Donald Trampla bağlı məhkəmə proseslərindən biri təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, Tramp bu prosesdə məxfi sənədlərlə düzgün davranmamaqda ittiham edilirdi. Prezidentliyə namizədin məhkəmə prosesi mayın 20-də başlamalı idi. Lakin hakim təqdim edilən sənədlərin çoxluğunu əsas gətirərək prosesi qeyri-müəyyən vaxtadək təxirə salıb.
ABŞ mətbuatı hesab edir ki, noyabrda keçiriləcək prezident seçkilərinədək Trampın hakim qarşısına çıxması real görünmür.
Hazırda Nyu-York məhkəməsi Trampla bağlı başqa bir işə də baxır. Bu, Trampın prezident seçilməzdən əvvəlki maliyyə məsələləri ilə bağlıdır.

 

Dünya 2024-05-08 08:41:00