×
A
A
A
Sazlamalar

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

Bakı, 7 may, AZƏRTAC

Rəşid Behbudov adına Azərbaycan Mahnı Teatrında Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin tələbələrinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konsertdə Vaqif Mustafazadənin "Yollar", Tofiq Quliyevin "Məhəbbət çırağı", "Zibeydə", "Vals", Cahangir Cahangirovun "Cənnətim Qarabağ" əsərləri tələbələr tərəfindən ifa olunub.
Konsert proqramında tələbələr Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa ediblər.

Mədəniyyət 2024-05-07 22:15:00