×
A
A
A
Sazlamalar

MEDİA könüllüləri üçün “Konvergent jurnalistikanın əsasları” mövzusunda təlim keçirilib

Bakı, 7 may, AZƏRTAC

Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun üzvü, Bakı Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Leyla Rəşid tərəfindən “Konvergent jurnalistikanın əsasları” mövzusunda təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimdə media konvergensiya konsepti, media konvergensiyanın formaları, konvergent jurnalistikanın spesifikası, lonqrod, multimedia və s. janrlar və formatlar əyani nümunələrlə təqdim olunub. Konvergent jurnalistikanın növləri, data jurnalistika, kros-media jurnalistikası, vətəndaş jurnalistikası, immersiv jurnalistika, süni intellekt əsaslı robot jurnalistika, dron jurnalistikası haqqında ətraflı məlumat verilib. Konvergent jurnalistikanın inkişaf tendensiyaları, perspektivləri diqqətə çatdırılıb.
Təlim interaktiv şəkildə və qarşılıqlı fikir mübadiləsi əsasında aparılıb, könüllülərin ünvanladığı suallar təlimçi tərəfindən cavablandırılıb.

Cəmiyyət 2024-05-07 19:19:00