“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların müraciətlərini dinləyib.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, görüşdə bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub.
Komitə sədrinin fərdi qaydada görüşdüyü məcburi köçkünlər də tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər. Görüşdə iştirak edən vətəndaşların müraciətləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.
Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcək.
Yevlaxda 40 yaşlı qadın qətlə yetirilib
Bakıda yanğına görə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət götürülüb
Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb