×
A
A
A
Sazlamalar

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 8-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7) 6.3.4-cü və 9.7-ci maddələrinə “fövqəladə vəziyyət” sözlərindən sonra “, sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.
Maddə 2. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 415 (Cild I) 18-ci maddəsinin ikinci hissəsinə “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.
Maddə 3. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 137 (Cild I) 19-cu maddəsinin II hissəsinə “Fövqəladə vəziyyət” sözlərindən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.
Maddə 4. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 138 (Cild I) 7-ci maddəsinin üçüncü hissəsinə “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.
Maddə 5. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 649 (Cild I) 8-ci maddəsinin VIII hissəsinə “Fövqəladə vəziyyət” sözlərindən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.
Maddə 6. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 3 (Cild I) 22.3-cü maddəsinə “Fövqəladə vəziyyət” sözlərindən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.
Maddə 7. “Media haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 90 (Cild I) 7-ci maddəsinə “Fövqəladə vəziyyət” sözlərindən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.
Maddə 8. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 25 (Cild I) 8.10-cu maddəsinin ikinci cümləsinə “Fövqəladə vəziyyət” sözlərindən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.

 



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2024-cü il

Qanunlar 2024-05-07 18:01:00