×
A
A
A
Sazlamalar

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 7 may, AZƏRTAC
Mayın 6-da Hövsan qəsəbəsi ərazisində bir nəfərin içərisində 500 manatı olan pulqabının və mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırmalar nəticəsində həmin gün saat 7 radələrində “Toyota” markalı avtomobilin sürücüsünün sərnişini yük yerini bağlamaq adı ilə düşürməsi, onun mobil telefon və içərisində 500 manat olan pulqabı qalan avtomobili bilərəkdən sürüb getməsi məlum olub.
Suraxanı Rayon Polis İdarəsinın 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Samir Nağıyev müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

Cəmiyyət 2024-05-07 11:01:00