×
A
A
A
Sazlamalar

Xınalığa qar yağır VİDEO

Quba, 7 may, Elxan Yusifli, AZƏRTAC

Mayın 7-də səhər saatlarından Qubanın ucqar yaşayış məntəqələrinə qar yağmağa başlayıb.
Xınalıq kəndi sakinlərinin AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, ötən gündən hava şəraiti kəskin dəyişib, temperatur xeyli aşağı düşüb. Bu gün səhər saatlarından isə sulu qar və qar yağmağa başlayıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, ötən gecə ən aşağı temperatur Qırız kəndində qeydə alınıb. Ucqar dağlıq ərazilərdə temperatur +1 dərəcəyədək aşağı düşüb.

Regionlar 2024-05-07 10:55:00

Video