×
A
A
A
Sazlamalar

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Bakı, 7 may, AZƏRTAC

Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, günün yeganə qarşılaşmasında “Sabah” və “Xırdalan” komandaları üz-üzə gələcəklər. “Sərhədçi” İdman Mərkəzində oynanılacaq görüş saat 19:30-da başlayacaq.
Yarımfinal seriyasında 2 qələbəyə ən tez çatan tərəf finala vəsiqə qazanacaq.
Qeyd edək ki, yarımfinalın digər matçı mayın 8-də “NTD-İndiqo” və “Xəzri” arasında keçiriləcək.

 

İdman 2024-05-07 10:17:00