×
A
A
A
Sazlamalar

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransı işə başlayıb.
Əvvəlcə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, konfransın açılış mərasimində şəhidlərin əziz xatirəsi anılıb. Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Konfransda çıxış edən ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov Ulu Öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əhəmiyyətini, dahi rəhbərin elmin, təhsilin inkişafına daim xüsusi önəm verdiyini vurğulayan dosent V.Əskərov Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.
O, eyni zamanda, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində belə bir elmi konfransın keçirilməsinin gənc tədqiqatçılar və doktorantlar üçün çox önəmli olduğunu bildirib.
Türk Dövlətləri Təşkilatının ağsaqqallar şurasının üzvü, tarix elmləri doktoru Həsən Həsənov Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinin böyüklüyündən, zəngin dövlətçilik təcrübəsindən, siyasi irsinin əhəmiyyətindən bəhs edib.
Sonra ADSNU-nun elmi işlər üzrə prorektoru professor Lətafət Qardaşova və Doktorantura şöbəsinin müdiri dosent Zülfüqar İbrahimli cəmiyyətin inkişafında elmin, təhsilin mühüm rolundan danışıblar.
Konfrans bölmə iclasları ilə davam edib.

Elm və təhsil 2024-05-06 17:43:00