×
A
A
A
Sazlamalar

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Bakı, 6 may, AZƏRTAC

Qələbə Günü ərəfəsində Bakıdakı Rus evində Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Xatirə alovu” aksiyası (İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad etmək məqsədi daşıyan vətənpərvər aksiya) çərçivəsində fəxri qonaqlar sürətli şahmat üzrə qrosmeyster və dünya çempionu Sergey Karyakin, Kirov vilayətində Xalq Cəbhəsi Regional İcraiyyə Komitəsinin rəhbəri Valeriya Çeremisinova və Xalq Cəbhəsinin nümayəndəsi Oksana Yermakova olublar.
Xalq Cəbhəsinin təmsilçiləri Azərbaycanın İkinci Dünya müharibəsinə dəyərli münasibətini, qəhrəmanların xatirəsinin gənc nəsil arasında qorunub saxlanması və əziz tutulmasının mühümlüyünü qeyd ediblər.
Qrosmeyster gənc şahmatçılarla oynamaq fürsətini qaçırmayıb, onları öz bacarığı və təcrübəsi ilə ruhlandırıb. Sergey Karyakin, həmçinin özünün karyera yoluna başlaması tarixçəsi, adladığı çətinliklər barədə gənc şahmatçılarla bölüşüb, onlara müvəffəqiyyətlər arzulayıb.
Tədbirin təşkilatçıları Azərbaycanın Rus Gəncləri Assosiasiyası və Bakıdakı Rus evidir.

 

Cəmiyyət 2024-05-06 15:20:00