×
A
A
A
Sazlamalar

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Bakı, 6 may, AZƏRTAC

Təhsil İnstitutu mayın 8-də doktoranturaya və dissertanturaya sənəd qəbulunda iştirak etmək istəyən iddiaçılar üçün “Açıq qapı” günü keçirəcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Açıq qapı” gününün keçirilməsində məqsəd sənəd qəbulu və ixtisas seçimi mərhələsində iddiaçıları maraqlandıran suallara cavab vermək və düzgün istiqamət göstərməkdir.
İddiaçıların suallarını institutun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri professor Hümeyir Əhmədov və şöbənin əməkdaşı Aynur Əlimuradova cavablandıracaq.
“Açıq qapı” günü Afiyəddin Cəlilov 86 ünvanında - institutun əsas binasında, 3-cü mərtəbədə akt zalında olacaq.

Elm və təhsil 2024-05-06 15:18:00