Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Nazirlər Kabinetinə Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digər maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.
Nazirlər Kabineti, eyni zamanda, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Ombudsman “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət yayıb
Son bir həftə ərzində Xankəndidə 43 avtomat silahı aşkarlanaraq götürülüb
FHN: Ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib
Füzuli rayonuna köçürülən ailələr tibbi müayinələrdən keçirilib
DİN: Ötən gün 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb