×
A
A
A
Sazlamalar

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

Bakı, 3 may, AZƏRTAC
“Ölkədə son 5 il ərzində inqilabi sosial islahat paketləri həyata keçirilib”.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forumda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O qeyd edib ki, 4 milyon insanı əhatə edən 7 milyard manatlıq sosial dəstək paketi həyata keçirilib: “Bu müddət ərzində ölkəmizdə əməkhaqqı fondu 2,8 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta əməkhaqqı 75 faiz artıb”.
Dövlətimizin başçısının tapşırığına əsasən müharibə iştirakçılarının daim diqqət mərkəzində olduğunu bildirən S.Babayev əlavə edib: “128 min müharibə iştirakçısına, müharibə əlilinə, şəhid ailəsi üzvünə 340 mindən çox dəstək tədbiri göstərilib. Eyni zamanda, 6 min mənzil, 600 avtomobil təhvil verilib. Bu dəstək tədbirlərinin artırılması planlaşdırılır”.

Cəmiyyət 2024-05-03 11:20:00