Türkiyə dünya ticarətində mövqeyini möhkəmləndirir
Ankara, 1 may, AZƏRTAC
Türkiyədə davam edən struktur islahatları iqtisadi məhsuldarlığı yüksəldir, bununla da ölkənin dünya ticarətində payının artmasına kömək edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin maliyyə və xəzinədarlıq naziri Mehmet Şimşek ölkənin xarici ticarəti üzrə statistik göstəriciləri sosial şəbəkələrdə şərh edərkən bildirib.
“Hökumət proqramı öz səmərəliliyini sübut edir. Pozitiv trend qeydə alınıb. Cari ilin mart ayında ticarət balansının illik defisit göstəricisi ötən ilin analoji dövrü ilə müqayisədə 26 milyard ABŞ dolları aşağı düşərək 92 milyard dollar təşkil edib”, - deyə nazir paylaşımında qeyd edib.
Mehmet Şimşek onu da vurğulayıb ki, Türkiyə məhsulunun ixracatı 2024-cü ilin birinci rübündə illik ifadədə 257,6 milyard dollara bərabər olub, turizm sahəsindən gəlirlər isə 56,3 milyard dollara çatıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Yazıçı Boris Vasilyev: “Belə bir peşə var - Vətəni sevmək”
Meksikada ekstremal istilər meymunların ölümünə səbəb olur
Torpaq sürüşməsi nəticəsində Gürcüstanın Muxiani rayonunda 14 minə yaxın abonent qazsız qalıb
Macarıstanda turizm sektoruna dövlət dəstəyi göstərilir
Skarlett Yohansson “Open AI” şirkətini oğurluqda ittiham edib