×
A
A
A
Sazlamalar

Torpaq sürüşməsi nəticəsində Gürcüstanın Muxiani rayonunda 14 minə yaxın abonent qazsız qalıb

Tbilisi, 21 may, AZƏRTAC

Gürcüstan ərazisində yağan leysan yağışları ölkənin bir sıra rayonlarında, eləcə də paytaxt Tbilisidə bir sıra problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, mayın 21-də paytaxtın Muxiani rayonu ərazisində baş verən torpaq sürüşməsi nəticəsində elektrik xətlərində və daxili qaz kəmərlərində qəza baş verib. Muxiani rayonunda 13 762 abonentə qaz verilməsi dayandırılıb.
“Enerqokavşiri” qazpaylayıcı şirkətindən bildirilib ki, əraziyə təbii qazın verilməsi ən azı bir həftədən sonra mümkün olacaq.
Qaz kəməri yüksək dağ relyefindən keçdiyi üçün ərazidə bərpa işlərinin aparılması çox çətindir.
Qeyd edək ki, “Enerqokavşiri” şirkəti "SOCAR Gas Georgi" şirkətinin podratçısıdır.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2024-05-21 17:28:00