“AzerGold”da təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb
Bakı, 30 aprel, AZƏRTAC
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) fəaliyyət sahələrində dayanıqlı, təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin mühafizəsi, texniki təhlükəsizlik üzrə ardıcıl və sistemli tədbirlər həyata keçirir.
QSC-dən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə görülmüş işlər nəticəsində qurumun bütün fəaliyyət dövründə təhlükəsiz iş saatlarının sayı 5 milyon saatı ötüb.
Qeyd edək ki, səhmdar cəmiyyət tərəfindən mədənlərdə və istehsalat sahəsində qanunvericiliyin tələbləri və mütərəqqi beynəlxalq təcrübə əsasında təhlükəsiz əmək şəraiti yaradılıb. Əməkdaşlar müasir tələblərə cavab verən xüsusi geyim dəsti və fərdi mühafizə vasitələri ilə təmin edilirlər. Onların həyat və sağlamlığının qorunması, iş prosesi zamanı bədbəxt hadisələrin qarşısının alınması, həmçinin sağlamlıq, təhlükəsizlik, yanğından mühafizə üzrə digər tələblərə ciddi əməl edilir.
Bakıda Milli Metrologiya Forumu keçirilib
Şəkidə təsərrüfatların 98 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib
® “Baku Steel Company” Tacikistanın dövlət qurumu ilə Anlaşma Memorandumu imzalayıb
® Azerconnect Group COP29 çərçivəsində keçirilən Biznes Forumda iştirak edib