×
A
A
A
Sazlamalar

Odessaya raket hücumu nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb VİDEO

Kiyev, 30 aprel, AZƏRTAC

Aprelin 29-da axşam saatlarında Rusiya ordusunun Odessa şəhərinə raket hücumu nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper Telegram səhifəsində yazıb.
Kiperin sözlərinə görə, raket hücumu nəticəsində xəsarət alan 23 nəfərin müalicəsi davam edir, onlardan 8-nin vəziyyəti ağır, 4-nün vəziyyəti kritikdir. Xəsarət alanlar arasında 4 yaşlı uşaq da var.
Raket zərbəsi nəticəsində “Harri Potter” qalası adlanan tarixi bina yanıb.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2024-04-30 10:42:00

Video