İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
Paris, 19 aprel, AZƏRTAC
Parisin 16-cı rayonundakı İena prospektində yerləşən İran konsulluğuna bu gün yerli vaxt ilə saat 11 radələrində əlində qumbara və ya partlayıcı jilet olan kişi girib.
AZƏRTAC xəbər verir ki, bu barədə Paris polis qərargahı məlumat verib. İran konsulluğunun tələbi ilə polis prefekturası diplomatik nümayəndəliyi tamamilə əhatəyə alıb.
İran konsulluğuna ən yaxın olan və Trokadero stansiyasına xidmət göstərən metronun 6 və 9-cu xətlərində nəqliyyatın hərəkəti dayandırılıb. Ətrafa çox sayda polis qüvvələri toplaşıb.
Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar
Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb
Karla Bruni şübhəli şəxs qismində dindirilib
Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir