×
A
A
A
Sazlamalar

ABŞ-da aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Vaşinqton, 3 may, AZƏRTAC

ABŞ-da davam edən etirazlar fonunda Kaliforniya Universitetində daha 200 aksiya iştirakçı həbs olunub. AZƏRTAC-ın verdiyi məlumata görə, bununla da aprelin ortalarından tələbələrin etiraz aksiyalarında həbs olunanların sayı 2 min nəfəri keçib.
Kaliforniya Universitetində həbslər polisin düşərgələri boşaltmaqla bağlı tələbindən bir neçə saat sonra baş verib. Daha sonra polis barrikadaları keçərək düşərgəyə daxil olub, aksiyanı dağıdıb.
Uzun fasilədən sonra etiraz aksiyalarına ilk dəfə münasibət bildirən ABŞ Prezidenti Co Bayden dinc nümayiş hüququnu müdafiə etsə də zorakılığı, dağıntıları və antisemitizmi pisləyib.
Baydenin sözlərinə görə binalara zərər vermək, pəncərələri sındırmaq dinc etiraz deyil. Prezident həmçinin ABŞ-nin Yaxın Şərqlə bağlı siyasətində heç bir dəyişiklik olmayacağını bildirib.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

 

Dünya 2024-05-03 00:11:00