×
A
A
A
Sazlamalar

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bakı, 18 aprel, AZƏRTAC

2024-2025-ci tədris ili üzrə müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqə davam edir.
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən mətbuat konfransında deyib. O bildirib ki, kütləvi axın Bakı, Abşeron, Sumqayıtda müşahidə olunur.
Qeyd edib ki, agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib.

Elm və təhsil 2024-04-18 12:42:00