×
A
A
A
Sazlamalar

BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub

Bakı, 30 aprel, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi ixtisası üzrə V kurs tələbəsi Nihad Əhmədli 4-ü tam təqaüdlü olmaqla, ümumilikdə ABŞ-ın 6 universitetinin birbaşa doktorantura səviyyəsinə qəbul olub.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.
Tələbənin təqaüd qazandığı universitetlər Hyuston Universiteti, Luiziana Universiteti, Kansas Universiteti və Tulsa Universitetidir. O, Mərkəzi Florida Universiteti və Nyu-Hempşir Universitetinə də qəbul alıb.
N.Əhmədli təhsilini Hyuston Universitetində davam etdirəcək, həmçinin burada tədqiqatçı köməkçisi olaraq çalışacaq. Onun buradan qazandığı illik təqaüdün məbləği 55.000 ABŞ dollarıdır.
Nihad Əhmədli BANM-in fəal tələbələrindən biridir. O, 2019-cu ildə BANM-ə 638.3 balla qəbul olub. “TEKNOFEST 2023” yarışının finalçılarından biri olub. SOCAR-ın bir sıra müəssisələrində, həmçinin digər şirkətlərdə təcrübə keçib.

Elm və təhsil 2024-04-30 18:11:00