×
A
A
A
Sazlamalar

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

Bakı, 18 aprel, AZƏRTAC

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tərkibində 4 min 329 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən mətbuat konfransında deyib. O bildirib ki, agentliyin tərkibində 1668 məktəbəqədər təhsil müəssisəsi, 145 məktəbdənkənar təhsil müəssisəsi var.
“Ümumi təhsil müəssisələrində 1 milyon 700 mindən çox təhsilalan var. 106 min 212 nəfər məktəbəqədər təhsil müəssisələrində, 121 min 197 nəfər məktəbdənkənar təhsil müəssisələrində təhsil alır. 2022-2026-cı illərdə İqtisadi İnkişaf Strategiyasına əsasən agentliyin hədəfi məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır”, - deyə Eşqi Bağırov qeyd edib.

Elm və təhsil 2024-04-18 12:37:00