Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlayıb
Bakı, 1 may, AZƏRTAC
Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarında və ibtidai siniflərində əlavə yaz tətili başlayıb.
Bu barədə AZƏRTAC-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, tətildən sonra ilk dərs günü mayın 6-da olacaq.
Bağçalara elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır
Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirib
BDU Türkiyənin Atatürk Universiteti ilə əməkdaşlığa başlayır
BDU-da “Çin dili körpüsü” müsabiqəsi keçirilib
Abbasqulu Ağa Bakıxanovun 230 illik yubileyinə həsr edilən tədbir keçirilib