×
A
A
A
Sazlamalar

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Naxçıvan, 18 aprel, AZƏRTAC

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 84 mənşə sertifikatı verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,5 faiz çoxdur.
Hesabat dövründə verilən mənşə sertifikatların 54,8 faizini CT-1 formalı mənşə sertifikatı, 45,2 faizini isə “Ümumi” formalı mənşə sertifikatı təşkil edib.

Regionlar 2024-04-18 11:42:00