×
A
A
A
Sazlamalar

“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib

Sumqayıt, 30 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi hadisə yerində yanğının qarşısını almaq üçün müvafiq tədbirlər görürlər.
İdarədən AZƏRTAC-a bildirilib ki, zərərçəkən yoxdur.
Yanğının söndürülməsi işləri davam etdirilir.

 

Regionlar 2024-04-30 21:38:00