Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO
Bakı, 18 aprel, AZƏRTAC
Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapısının şüşəsi sındırılıb. Bu hal qatarın hərəkətində gecikməyə və sərnişinlərin narahatlığına səbəb olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları hadisəni törədən şəxslərin axtarışlarına başlayıblar.
Hadisəni törədən 3 azyaşlı müəyyən olunaraq valideynlərinin iştirakı ilə polis şöbəsinə gətirilib. Hadisəni törədən azyaşlıların valideynləri ilə profilaktik söhbətlər aparılıb və övladları üzərində nəzarəti daha gücləndirməyin vacibliyi diqqətə çatdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakı-Sumqayıt-Bakı marşrutu üzrə dəmiryol xəttinə yaxın ərazidə yaşayan vətəndaşların diqqətinə çatdırmaq istəyirik ki, polis əməkdaşları dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı müvafiq tədbirlər görüləcək.
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib
Gürcü politoloq: Cənubi Qafqaz üçün sülh və sabitliyin alternativi yoxdur
Marneulidə “Milli dirəniş və azadlığa gedən yol” adlı fotosərgi və anım tədbiri keçirilib