Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 17-si saat 22 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində N.Dadaşov idarə etdiyi “Howo” markalı avtomobillə yolun kənarı ilə gedən 35-40 yaşlı qadını vurub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəza nəticəsində qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə ilə əlaqədar DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Müasir publisistikanın yeni narrativləri və aktual trendləri mövzusunda təlimlərə başlanılıb
Ər-Riyadda keçirilən Regional Sosial Təminat Forumunda niyyət sazişi imzalanıb
“Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyi yaradılıb
Leysan xarakterli yağış fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcək